Modern.az

Rəsul Quliyevin ACP-dən getmə səbəbləri bilindi

Rəsul Quliyevin ACP-dən getmə səbəbləri bilindi

5 Noyabr 2013, 12:48

Rəsul Quliyevin Açıq Cəmiyyət Partiyasından (ACP) istefa vermə səbəbləri bəlli olub. Modern.az-ın məlumatına görə, ACP liderinin istefasına səbəb partiya sədri Sülhəddin Əkbərlə aralarında yaranmış narazılıq olub. İlk narazılıq R. Quliyevin Rusiyanın xarici işlər naziri Sergey Lavrova yazdığı məktubun Azərbaycan ictimaiyyətinə açıqlanmasından sonra olub. Belə ki, ACP lideri həmin məktubun surətini S. Əkbərin elektron poçtuna göndərib. ACP sədri isə sənədi mətbuata ötürüb. Məktubun mətbuata ötürülməsinə münasibət bildirən partiya sədri məktubu bilərəkdən yaymadığını və elektron poçtunun şifrəsi sındırılmaqla oradan götürüldüyünü deyib. ACP lideri isə Rusiya XİN başçısına belə məktub yazmasını inkar edib.

Yolların ayrılmasına ikinci səbəb  Milli Şuranın 22 sentyabr mitinqində S. Əkbərlə telefon danışığı zamanı Milli Şura liderlərini təhqir edən R.Quliyevin səs yazısının aşkarlıq tapması olub. Bu məsələdən qəzəblənən R.Quliyev bunun xüsusi xidmət orqanları tərəfindən yayıldığını desə də, oyunun Sülhəddin Əkbər tərəfindən təşkil edildiyini müəyyən edib. Buna görə də ona verdiyi “Hummer” markalı avtomobili geri alıb və bir neçə gün sonra isə partiyaya ayırdığı maliyyəni kəsib.

Müsavat Partiyasından etirazlar qalxdıqda da S.Əkbərin buna reaksiya verməməsi R.Quliyevi narazı salmışdı. Buna görə də keçmiş spiker onun partiyadan uzaqlaşdırılmasının çətin olduğunu anlayaraq,  özü partiyadan getməyə qərar verib.

İlkin PİRƏLİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə