Modern.az

Moskvadakı azərbaycanlılar qorxu içindədirlər, sabah səfirliyə gedəcəklər

Moskvadakı azərbaycanlılar qorxu içindədirlər, sabah səfirliyə gedəcəklər

5 Noyabr 2013, 13:56


Rusiyada yaşayan azərbaycanlılar qorxu içindədilər. Moskvaətrafı Odintsovo adlanan rayondakı həmyerlilərimiz Azərbaycan diasporuna müraciət etməyə hazırlaşırlar. Onlar özlərini güvəndə hiss etmədiklərini bildiriblər.

”İki gündür nə kücəyə çıxırıq, nə də işimizin dalınca gedirik” deyə həmyerlimiz Əli Hüseynov Modern.az saytına bildirib.

”Sabah Azərbaycan səfirliyinə müraciət edəcəyik. Bu işlə bağlı artıq tədbirlər görülməlidir”.
 
Qeyd edək ki, Əli Hüseynov 14 ildir Rusiyada yaşayır və ticarətlə məşğul olur.

Onun bildirdiyinə görə, təkcə Odintsovodakı azərbaycanlılar yox, Moskvanın özündə yaşayan əksər soydaşlarımız sabah Azərbaycan səfirliyinə getməyi planlaşdırırlar.

”Hamı çox narahatdır. Bəzi valideynlər övladlarını məktəbə, ali təhsil ocaqlarına belə,  göndərmirlər”.

Gülnarə Bünyatova 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə