Modern.az

Bakıda qəzaya düşən jurnalist hələ komadan ayılmayıb

Bakıda qəzaya düşən jurnalist hələ komadan ayılmayıb

5 Noyabr 2013, 15:03


Avropa.info saytının əməkdaşı Sahib İslamovun üzərində keçirilən cərrahiyə əməliyyatı başa çatıb.

S.İslamovun qardaşının sayta verdiyi məlumata görə, cərrahiyə əməliyyatı normal keçib. Əməliyyat zamanı S.İslamovun qida borusunda qalmış qida qalığı çıxarılıb.

S.İslamovun qardaşı bildirib ki, o, reanimasiya şöbəsinə yerləşdirilib. O bildirib ki, S.İslamov hələlik komadan ayılmayıb.

Xatırladaq ki, Sahib İslamovu noyabrın 1-də maşın vurub. Jurnalist Xocasən yolunda dayanacaqda avtobus gözləyərkən yoldan yüksək sürətlə keçən avtomobil onu vuraraq yolun kənarına atıb . Dərhal da qəza törədən avtomobil sürücüsü Musa Nağıyev adına xəstəxanaya çatdırıb.

Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə