Azərbaycan Milli Azadlıq Cəbhəsi Partiyası Təşkilat Komitəsi 3 oktyabr 2013-cü il tarixində Bərdə rayonunda təsis yığıncağını təşkil edib. Təsis yığıncağında təşkilat komitəsinin sədri Hürrü Əliyev və üzvlər Azər Talıblı, Həsən Qasımov, Cəsarət Nəcəfov iştirak ediblər.
Sədr Hürrü Əliyev çıxışında AMAC-ın məram və məqsədindən danışaraq, bu yolun həm şərəfli eyni zamanda da, çətin bir yol olduğunu vurğulayıb. Onu da qeyd edək ki, təsis yığıncağında Bərdə rayonunun bir qrup veteranları, müharibə əlilləri AMAC-ın məramını, mövqeyini, tutduğu yolu yüksək qiymətləndiriblər. Çıxışlarında xüsusi olaraq sonacan bu yolda mübarizə aparacaqlarını bəyan ediblər. Daha sonra Bərdə rayon təşkilat komitəsinə Əlibala Əliyev sədr seçilib. 8 nəfər isə qurultay nümayəndəsi təyin olunub.