Moskva vilayətinin Zelenoqrad şəhərində 14 yaşlı azərbaycanlı Rövşən Kazımovu vəhşicəsinə döyən şəxs saxlanılıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin Rusiyadakı nümayəndəsi Eldar Səmədov APA-ya onun 20 yaşlı Mixail Lısakov olduğunu və barəsində cinayət işi qaldırıldığını bildirib.
İnsident noyabrın 1-də 12 saylı sərnişin avtobusunda baş verib.Nəticədə 14 yaşlı əlil Rövşən Kazımov vəhşicəsinə döyülərək xəstəxanaya düşüb.Həkimlər ona kəllə-beyin və göz travması diaqnozu qoyublar.
Azərbaycanın Rusiyadakı səfirliyi və Daxili İşlər Nazirliyi məsələni diqqətdə saxlayır.
Modern.az