Modern.az

Xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet üçün 34 milyon manat-NAZİRDƏN AÇIQLAMA

Xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet üçün 34 milyon manat-NAZİRDƏN AÇIQLAMA

Təhsil

6 Noyabr 2013, 12:02

“Cari ildə əmək haqları, pensiya və müavinətlərin verilməsində 10 faiz artıma uyğun olaraq 2014-cü il büdcəsində müvafiq vəsait ayrılıb”.

Bu sözləri Milli Məclisin Elm və Təhsil, Mədəniyyət Məsələləri, Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr, Hüquq Siyasəti və Dövlət Quruculuğu, İnsan Hüquqları və Regional Məsələlər Komitələrinin birgə iclasında 2014-cü il dövlət büdcəsi və Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsinin müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov deyib. O qeyd edib ki, dünyada iqtisadi böhran davam etdiyi bir dövrdə Azərbaycanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində cari ildə sosial sahədə çalışanların əmək haqları, pensiya və müavinətlər 10 faiz artırıldı.

“Bunun 2014-cü ildə də davam etdirilməsi üçün 2014-cü il dövlət büdcəsində 6 yüz milyon manat civarında vəsait nəzərdə tutulub”.
O, eyni zamanda yeni fondların təsis edilməsi, yeni proqramların həyata keçirilməsi istiqamətində də addımların büdcədə nəzərdə tutulduğunu bildirib. “Təhsildə stratigiyadan irəli gələn vəzifələrin icrası üçün məqsədli olaraq vəsaitlər nəzərdə tutulur. Elmin İnkişaf Fonduna, Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutlarının laborityalarla təhciz edilməsi, latın qrafikalı kitabların çapı nəzərdə tutulub.

Səhiyyənin inkişafı üçün ayrılan vəısaitlər də 2014-cü il büdcəsində öz əksini tapıb. Xroniki böyrək çatşmazlığı üçün 30 milyon, xərçəngin müalicəsi üçün 40 milyon, şəkərli diabet 34 milyon manat, hemofiliya və talassimiya üçün 11,2 milyon manat vəsait ayrılıb”.

Samir Şərifov deyib ki, hazırda əsas hədəf vergidənyayınmanın qarşısını almaq, vergi borclarının ləğv olunmasını, qeyri-neft sektorundan gələn gəlirlərin həcminin və əmsalının artırılmasına nail olmaqdır.

"Eyni zamanda şəhər və rayonlar üzrə gəlirlərin razılaşdırılması istiqamətndə vəzifələr qarşımızda durur.

2014-cü ildə Vergilər Nazirliyindən daxilolmaların 7 milyard 102 milyon manat artırılması proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 702 milyon manat, yəni 11 faiz çoxdur.

Gömrük Komitəsindən büdcəyə 1 milyard 510 milyon manat daxil olması proqrnozlaşdırılır ki, bu da cari illə müqayisədə 130 milyon manat çox deməkdir. Büdcədənkənar 4 yüz milyon manat gəlirlərin təmin edilməsi nəzərdə tutulur. Sosial yönümlü xərcələr 2014-cü ilin büdcəsində 27 faiz təşkil edəcək".


Aytən ƏLİYEVA
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə