Modern.az

Mətbuat Şurasında Moldova Ombudsmanı ilə görüş keçiriləcək

Mətbuat Şurasında Moldova Ombudsmanı ilə görüş keçiriləcək

6 Noyabr 2013, 15:18

Moldova Ombudsmanı Aureliya Qriqoriuya Azərbaycan Mətbuat Şuranın «Həqiqətə xidmətlərinə görə» mükafatı təqdim olunacaq. Bununla bağlı mərasim noyabrın 7-də saat 12.00-da Mətbuat Şurasında baş tutacaq. Bu barədə Modern.az saytına Mətbuat Şurasından(MŞ) məlumat verilib.

Toplantıda həmçinin Moldova ombudsmanı ilə Azərbaycanlıların və Digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi arasında əməkdaşlıq memorandumunun imzalanması da nəzərdə tutulur.

Mərasimdə MŞ İdarə Heyətinin üzvləri, kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edəcəklər.

Modern.az

   
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə