Modern.az

Qardaşı soyulan eks-deputat nazir müavininə şikayət edib

Qardaşı soyulan eks-deputat nazir müavininə şikayət edib

6 Noyabr 2013, 17:31

Modern.az xəbər verir ki, Milli Məclisin sabiq deputatı Nazim Məmmədovun qardaşını soyublar. Bu barədə Nazim Məmmədov özü məlumat verib. Deputat hadisə barədə bunları deyib:

”Mənim iş adamı olan doğma qardaşım Tovuzdan Bakıya qohumların toyunda iştirak etmək gəlmişdi. Bu gün öz avtomobili “Mersedes-Vita” ilə geri qayıdanda Lökbatan dairəsində dayanıb içməyə su alırmış. Qayıdıb yerinə əyləşəndə bir nəfər yanına oturub ki, “hara gedirsən, məni də apararsan?”. Sualına “yox” cavabı alan həmin adam  dəhal "bardaçokdan" qardaşımın sənədlərini və 5 min manat pulunu götürərək qaçıb. Onlar 3-4 nəfər olublar, hadisəni yaxınlıqdakı polislər də görüb, deyiblər ki, "nəqliyyat müfəttişləridir, biz onların işinə qarışmırıq, 102-yə zəng edin”".

Nazim Məmmədovun sözlərinə görə, o, nəqliyyat nazirinin müavininə, DİN-ə zəng edib xəbər verib ki, bu nə biabırçılıqdır.
"Qardaşım isə Qaradağ polisində izahat yazıb".

Modern.az 

 

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə