Moskvada Azərbaycan vətəndaşı öldürülüb. Modern.az “Ria-novosti” agentliyinə istinadən xəbər verir ki, hadisə bu səhər paytaxtın Lenin prospekti və Udalçova küçələrinin kəsişməsində baş verib. Moskva Daxili İşlər İdarəsindən bildirilib ki, həmyerlimiz digər həmvətənlimizlə davada aldığı bıçaq yarasından keçinib. “Azərbaycan vətəndaşları arasında dava baş verib. Onlardan biri ağır bıçaq yarası alıb və hadisə yerində keçinib”,-deyə mənbə bildirib. Hazırda Moskva milisi cinayətkarın axtarışı ilə məşğuldur. Onun barəsində cinayət işinin açılması məsələsi həll olunur. Hadisənin baş verdiyi ərazi milisin nəzarətinə götürülüb.