“Quş qripi” deyəsən, geri gəldi. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Sumatra adasında yerləşən Rekanbaru şəhərində 4 yaşlı bir qız uşağı “quş qripi”ndən dünyasını dəyişib. Ölkənin səhiyyə xidməti bu faktı təsdiq edib. Vəfat etmiş uşaqla ünsiyyətdə olmuş daha 3 nəfərin təcili test müayinəsindən keçirildiyi qeyd olunur. Mənbələr uşağın anası və 2 qardaşının hazırda xəstəxanada nəzarət altında olduğunu xəbər verir. Yerli xəstəxananın həkimi Azizman Saad xəstələrin ölmüş toyuqlarla ünvsiyyətdə olduğunu bildirib. Həkim təhlükə ocağının olduğu ərazidə çox sayda ölmüş quş aşkar olunduğunu açıqlayıb. Qeyd edək ki, “quş qripi”ndən ən çox ölüm halları (136 nəfər) İndoneziyada qeydə alınıb.