Xatırladaq ki, Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda təlim keçən erməni əsgərləri üzərində Türkiyə və Azərbaycan bayrağı olan kərpicləri qırıb.
O. Əkbərov bildirib ki, bu cür addım Ermənistan hökumətinin xalqa aşılamaq istədiyi dözümsüzlük siyasətinin göstəricisidir:
“Biz tolerantlıq, regionda sülhdən danışırıq, amma ermənilər bu cür addımlar atırlar. Yeri gələndə, Ermənistan Azərbaycandan qorxduğunu, təhlükəsizliyini təmin edə bilmədiyini deyir. Lakin bu video-çarxda gördüklərimiz bunların tam əksini göstərir. Azərbaycan əsgərləri həmin hərəkətlərdən qat-qat artığını edə bilərlər. Təbii ki, biz burada mənəvi zənginlik nümayiş etdiririk. Görüntülərlə bağlı dünya ictimaiyyəti sərt münasibət bildirməlidirlər. Bu cür hərəkətlər Ermənistan-Azərbaycan dövlətləri arasında aparılan Qarabağ danışıqlarına mənfi təsir edə bilər”.
Şura sədri qeyd edib ki, bununla bağlı beynəlxalq ictimaiyyət qarşısında məsələ qaldırılacaq:
“Bu gün məsələ ilə bağlı müraciət qəbul olunacaq. Məsələni beynəlxalq təşkilatların diqqətinə çatdıracağıq. Təbii ki, onlardan məsələyə münasibətlərini öyrənəcəyik”.
İlkin