Modern.az

Prezidentlər bəyanat veriblər

Prezidentlər bəyanat veriblər

12 Noyabr 2013, 16:02
Noyabrın 12-də Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdullah Gülün görüşü olub. Modern.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Azərbaycanla Türkiyə arasında strateji əməkdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin siyasi, iqtisadi, energetika və bütün digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Azərbaycan prezidentinin Türkiyəyə rəsmi səfərinin əlaqələrin daha da möhkəmlənməsi işinə töhfə verəcəyi qeyd edilib. Söhbət zamanı Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərinin bundan sonra da daim inkişaf edəcəyinə əminlik ifadə olunub.
Daha sonra prezidentlər mətbuata bəyanatlarla çıxışlar ediblər.


Modern.az

 
Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə