Modern.az

Əli Əhmədovun deputatlığı ləğv olundu

Əli Əhmədovun deputatlığı ləğv olundu

12 Noyabr 2013, 17:03
 
Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. Modern.az-ın məlumatına görə, iclasda MSK-nın oktyabrın 16-17-də keçirilmiş iclasının protokolları təsdiq edilib.

MSK katibi Arifə Muxtarova 4-cü çağrış Milli Məclisin deputatı Əli Əhmədovun səlahiyyətlərinə xitam verilməsi haqqında məlumat verib.

Qeyd edək ki, Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, millət vəkilinə dövlət orqanlarında vəzifə verildikdə parlamentin üzvlüyündən istefa verməlidir.


Xatırladaq ki, Əli Əhmədov Baş nazirin müavini təyin edilib.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə