Modern.az

Xocalıda yarımçıq qalan “Son zəng” ÇALINDI

Xocalıda yarımçıq qalan “Son zəng” ÇALINDI

Təhsil

14 İyun 2024, 12:40

Qarabağın işğaldan azad edilmiş Xocalı şəhərində 1992-ci ildən yarımçıq qalan "Son zəng" 32 il sonra çalınıb.

Modern.az xəbər verir ki, Xocalı şəhərindəki orta məktəbin işğaldan əvvəlki sonuncu məzunları yarımçıq qalmış hekayələrini 32 il sonra tamamlayıblar.

1992-ci ilin mayın 25-də keçirilən “Son zəng”ə hazırlaşan məzunların arzuları fevralın 26-da Xocalının işğalı ilə yarımçıq qalmışdı.

Həmin məzunlar gecikən “Son zəng”lərini məzunu olduqları orta məktəbdə 32 il sonra səsləndiriblər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi