Modern.az

Ələkrəm Hümmətovun Yerevan səfərini erməni xüsusi xidməti TƏŞKİL EDİB

Ələkrəm Hümmətovun Yerevan səfərini erməni xüsusi xidməti TƏŞKİL EDİB

16 Noyabr 2013, 00:44

Qondarma “Talış Muğan Respublikasının” lideri Ələkrəm Hümmətovun Ermənistana sentyabr ayında baş tutan səfəri Ermənistan xüsusi xidmətinin əməkdaşı Qarnik Asatryanın dəvəti əsasında olub. Modern.az bildirir ki, bunu vesti.az-ın apardığı araşdırmalar müəyyən edib.

1955-ci ildə İranda anadan olan Qarnik Asatryanın atası SSRİ DTK-nın dəstəklədiyi “TUDƏ” partiyasının fəallarından olub. Təqiblərdən baş götürüb SSRİ-yə qaçan Astaryanın ailəsi sovet Ermənistanına köçüb. Qarnik orta məktəbi bitirdikdən sonra Yerevan Dövlət Unversitetinin şərqşünaslıq fakültəsinə daxil olub. O buranı “kürdşünas” ixtisası üzrə mütəxəssis kimi bitirib. Gənc Asatryan elə o vaxtdan DTK-nın diqqətini cəlb edir.

Kürd mövzusu SSRİ-də həmişə böyük maraq doğurub. Sovet rəhbərliyi həmişə bu kartdan Yaxın Şərqdə təfriqə salmaq üçün bir mexanizm kimi istifadə edib. Asatrayn ali məktəbi bitirən kimi onu hərbi xidmətə qəbul edirlər və ona işləmək üçün İran istiqaməti təyin olunur.

Asatryandan ciddi sovet tədqiqatıçı obrazı yaratmaq üçün onu SSRİ Elmlər Akademiyasının Şərqşüaslıq İnstitunun Leninqrad  şöbəsinə göndərirlər. Beləcə, bu mündirli şərqşünas tezliklə İrana “elmi” ezamiyyətlərə göndərilir.

Rəsmi olaraq Asatryan 1984-cü ildən 1989-cu ilə qədər Ermənistan EA-nın Şərşqünaslıq İnstitunun şərq filologiyası kafedarasının müdiri olub. Onun doktorluq dissertasiyası “Erməni və yeni İran dilləri: klassik yeni İran, kürd və zaza dilləri” olub.

SSRİ-nin süquqtundan sonra Asatryan müstəqil Ermənistanın xüsusi xidmətinin ehtiyat zabitlər bölməsinə köçürülür. Qarabağ müharibəsinin aktiv hərbi fazadan informasiya müharibəsi müstəvisinə keçməsindən sonra Asatryan 1996-cı ildə Qafqaz İranşünaslıq Mərkəzini təsis edir. Bu qurum qarşısında yeni vəzifə qoyulur: Azərbaycan əleyhinə təxribatçı –ideoloji işin təşkili və aparılması. O bu məqsədlə İranın elmi dairələri ilə sıx əlaqədə işləməli idi. Astaryanın qarşısına konkret məqsəd qoyulur: Talış məsələsi ilə bağlı elmi bazanı formalaşdırmaq. Bu baza sonradan cənub bölgəsini öz müstəqiliyini elan etməsi üçün bir əsas rolunu oynamalı idi.

Tehranda Asatryanı öz adamları kimi qarşılayırlar. O İran nüfuzunun Ermənistanda yayılması üçün xeyli iş görmüşdü. Tehran borclu qalmır. İran Asatryanın rəhbərlik etdiyi Qafqaz Mərkəzinin maliyyələşdirməsini öz üzərinə götürür. Astaryan da öz məsləhətləri ilə Tehranın diqqətini cəlb edir. Məsələn, o, Tehran hökümətinə İrandaki kürd məsələsini necə həll etməyin variantını təklif edir. Astaryan Ermənistanda olduğu kimi, İranda da kürdlərin yekdilliyini dağıtmaq üçün onları iki yerə-müsəlman kürdlər və yezidilərə bölməyi məsləhət edir.

Əsas diqqət isə talış məsələsinə verilir. 2004-cü ildə separatçı Ələkrəm Hümmətovun azadlığı çıxmasına qədər Qafqaz Mərkəzi artıq talışşünaslığın elmi bazasının formalaşdırılması  üçün xeyli iş görmüşdü. Növbəti addım isə artıq bu yöndə tədbirlərin keçirilməsi idi.

Ə. Hümmətov Hollandiyaya gəldikdən sonra bütün bu illər ərzində Yerevanda keçirilən “talışşünaslıq konfranslarından” məsafə saxlamağa çalışıb. Lakin getdikcə maddi vəziyyəti pisləşən Ə.Hümmətov başa düşür ki, onun adı erməni  xüsusi xidmətləri üçün hələ də böyük maraq saxlayır. Ermənistan Ə.Hümmətovun adı ilə dvidend qazanmağa etiraz etmirdi. Pis maliyyə vəziyyəti Hümmətovu Ermənistana getmək barədə qərar verməyə vadar etdi. Məhz bu şəraitdə Ə.Hümmətov Yerevan Universitetində “talışşünaslıq” proqramının açılşında peyda oldu.

“Talış xalqının liderini”n səfərini təşkil edən erməni xüsusi xidmət orqanları Ə.Hümmətovun səfər proqramını bəndlər üzrə hazırlayıblar. Ə.Hümmətovun müsahibəsinin mətni də əvvələcədən razılşadırılır. Bu səfərdə xüsusi fəallığı Errmənistanın hərbi kəşfiyyatı göstərirdi. Onlar Ə.Hümmətovu həm Yereanda, həm də Dağlıq Qarabağda keçirilən tədbirlərdə müşayiət edirdilər. Onların içərisində Asatryanın həmkarı, onu İran hərbi kəşfiyyatı ilə əalqələrini təmin edən polkovnik Artur Aznavuryan xüsusi fəallığı ilə seçilirdi. Aznavuryan diplomatik “çətir” altında Ermənistanın İrandakı səfirliyində hərbi attaşe olmuşdu.

Erməni işğalçılarından öz haqq-hesabını alan İuda-Hümmətov Hollandiyaya qayıdır. Amma çətin ki, bundan sonra o burada öz sakit və mütəvazi həyatını davam etdirə biləcək. Erməni xüsusi xidməti bu separatçını rahat buraxmayacaq. Görünür belə addımı atmaqla Ə.Hümmətov bu hərəkətin nəticələri barədə düşünməyib. İndi bundan sonra ona  “atı hara səyirtmək” lazım olduğunu erməni çekistləri Asatryan, Aznavuryan və digərləri göstərcəklər.

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır