Modern.az

Ərdoğanın sabiq prezidenti Hitlerə bənzətməsi Türkiyədə aranı qarışdırıb

Ərdoğanın sabiq prezidenti Hitlerə bənzətməsi Türkiyədə aranı qarışdırıb

Təhsil

4 May 2010, 18:12

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ana müxalifət Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal arasında “İnönü Hitler” polemikası davam edir.  Modern.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazirin cümhuriyyətin 2-ci prezidenti İsmət İnönünü Hitlerə bənzətməsi CXP-çiləri dərindən qəzəbləndirib. Bu gün Türkiyə Böyük Millət Məclisində  CXP qrup toplantısını keçirən Dəniz  Baykal Ərdoğana qarşı hücuma keçib. “Baş nazirin İsmət İnönünü Hitlerə bənzətməsi ilə əlaqədar ondan soruşmaq istəyirəm, əgər İnönü Hitler idisə, onda Atatürk kim idi? İnönünü təhqir etdiyini hesab edir, ancaq  bütün türk millətini təhqir edir”,-deyə Baykal bildirib. Baykal Ərdoğanın İsmət İnönünü Hitlerə bənzətməsinin bütün Türkiyədə bir partlayışa səbəb olduğunu deyib. “Bunu söyləyən nədən belə söylədi? Altında nə yatır? Baş nazirdən soruşmaq istəyirik”,-deyə Baykal əlavə edib.  

 

“Əgər İnönü ilə bir haq-hesabı varsa, İnönü öləli 40 ildir. Gəl, mənimlə hesablaş. İnönü kimdir? Bir milli mücadilə içində müstəqil bir Türkiyə quran iki önəmli kişidən biri” deyən Baykal qeyd edib ki, İnönü vətəni işğaldan qorumaq üçün mübarizə aparıb.

 

Ərdoğanın İnönünü Hitlerə bənzətməsinə onun nəvəsi, İnönü Vəqfinin rəhbəri Gülsüm Bilgəhan da sərt münasibət bildirib. O, baş nazirin sözlərinin çox uğursuz, yaraşmayan  sözlər olduğunu deyib. Bilgəhan hətta AKP-yə səs vermiş insanların belə  Ərdoğanı qınadığını deyib. Bilgəhan babası ilə əlaqədar xalq arasında çox yayılmış bir əhvalatı danışıb. “İkinci Dünya Savaşı gedişində bir azyaşlı uşaq İnönüyə yaxınlaşaraq “məni  çörəksiz buraxdın”deyib. İnönü də deyib ki, “səni çörəksiz buraxdım, ancaq atasız buraxmadım”. Bu, çox söylənən, əfsanəyə dönmüş heykayədir. Tarixdən az-çox başı çıxan adam İnönü barədə o cür sözlər deməməli idi”.

Milliyyətçi Hərəkat Partiyasının nümayəndəsi Oktay Vural isə hesab edir ki, Ərdoğan İnönünü Hitlerə bənzətməklə bütün türk milləti və tarixini təhqir edib. Türkiyə tarixində yer almış bir insanın bəşəriyyətə qarşı cinayət etmiş Hitlerə bənzədilməsini qınayan Vural qeyd edib ki, AKP-çilər bununla da İnönünü bəyənmədiklərini ifadə edirlər. “Bizim tariximizdə insanlıq suçu yoxdur, olmamışdır. İnsanlıq suçu işləyən rəhbərlərimiz olmayıb”.

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi