Modern.az

Yunanıstanı ümummilli tətil dalğası bürüdü

Yunanıstanı ümummilli tətil dalğası bürüdü

5 May 2010, 10:09

Yunanıstanda üçüncü ümummilli tətil başladı. Modern.az BBC-yə istinadən xəbər verir ki, bu səhərdən ölkəni tətil dalğası bürüyüb. Yunanıstanda bütün hava uçuşları ləğv olunub.

Associated Press-in məlumatına görə, qatarların və gəmilərin hərəkəti dayanıb, muzeylər  işləmir. Tətildə bütün dövlət strukturları iştirak edir. Təcili tibbi xidmətdən başqa bütün tibb ocaqları fəaliyyətini dayandırıb. Ali məktəblər isə tətilə hələ dünəndən başlayıb. Tətil aksiyasını təşkil edənlər fərdi mağaza sahiblərinə müraciət  edərək onları etiraz aksiyasında iştirak etməyə və bu gün dükanları açmamağa çağırıb. Yerli vaxtla saat 11:00-də həmkarlar təşkilatlarının kütləvi aksiyası gözlənilir.

 

Aksiyaların 48 saat davam edəcəyi bildirilir. Növbəti tətil dalğasına səbəb kimi hökumətin sərt iqtisadi tədbirlər çərçivəsində büdcə xərclərinin azaldılması səyləri göstərilir. Qeyd edək ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu büdcə xərclərinin azaldılması şərtilə Yunanıstana 110 milyard dollar avro maliyyə yardımı ayırıb.     

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi