Modern.az

Barak Obama: “Amerikanı terrordan qoruyacağıq”

Barak Obama: “Amerikanı terrordan qoruyacağıq”

5 May 2010, 10:12

Amerika yenə də qorxu içindədir. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Amerika prezidenti Barak Obama  Nyu-Yorkun məhşur Times meydanında baş tutmamış terror aktı ilə əlaqədar növbəti bəyanatla çıxış edib.   Obama bəyan edib ki,  terror təhdidi davam edir. Qeyd edək ki, Nyu-Yorkun məşhur Times meydanında ələ keçirilmiş partlayıcı maddə quraşdırılmış avtomobillə bağlı başlamış təhqiqatlar davam edir. Obama bəyan edib ki, Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) terror aktını dərindən araşdıracaq.  Təhqiqatla bağlı artıq  bir nəfər həbs olunub. Amerikanın ədliyyə naziri Erik Holder Pakistan əsilli Amerika vətəndaşı Faysal Şahzadın Con Kennedi adına hava limanında Dubaya uçmak  istərkən həbs olunduğunu bildirib. Holder Şahzadın əlaltılarının da həbs olunması üçün axtarışların davam etdiriləcəyini deyib. İlkin dindirilmə zamanı Şahzad bəzi məqamlara aydınlıq gətirib. O, partlayıcı quraşdırılmış avtomobili 800 dollara aldığını, onun içində bomba  quraşdırdığını və maşını hadisə yerinə gətirdiyini  etiraf edib. O, bütün bu işləri tək gördüyünü deyib.  Holder qeyd edib ki, Şahzad baş tutmamış terror aktına görə məsuliyyətini etiraf edib. Faysal barəsində artıq ittihamlar rəsmən irəli sürülüb. İttihamnamədə deyilir ki, Şahzad terrorizm və kütləvi qırğın silahını işə salmaq cəhdində ittiham olunur və bomba hazırlanması təlimini Pakistanın Əfqanıstanla sərhəd Vəziristan bölgəsində alıb.

MKİ əməkdaşları Şahzadın hadisədən əvvəl bir neçə dəfə Pakistana səfər etdiyini qeyd edir. Pakistan hökuməti də Şahzadla bağlı bütün məlumatları ABŞ –a verəcəyini bildirib. Ayrıca olaraq Pakistanda Şahzadla  əlaqəsi olduğu güman olunan bir neçə nəfərin həbs olunduğu qeyd olunur.

 Beləliklə də amerikalılara növbəti dəfə 11 sentyabr xofunu yaşadan Faysal Şahzadla bağlı araşdırmalar və dindirilmələr davam  edir.

 

Təhqiqatın gedişi barədə prezident Obamaya müntəzəm məlumat verilir. “Cinayətkar nəzarət altındadır və onun dindirilmsi davam edir. Amerikalılar əmin ola bilərlər ki, MKİ və digər təhlükəsizlik qurumları sərəncamlarında olan bütün vasitələrdən istifadə etməklə  terrorun bütün qaranlıq tərəflərini ortaya çıxaracaqlar. Bu hadisənin terrorçu qruplarla əlaqəli olub-olmadığı tam öyrəniləcək. Ədalət yeriənə gələcək və biz var qüvvəmizlə amerikalıları qorumaqda davam edəcəyik”,-deyə Barak Obama bildirib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi