Kıprısda adanın türk və yunan icmaları arasında danışıqların növbəti raundu başlayacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, danışıqlar mayın 26-da başlayacaq. Xatırladaq ki, Şimali Kırpıs Türk Cümhuriyyətində (ŞKTC) keçirilmiş prezident seçkilərinə görə danışıqlar dayandırılıb. BMT baş katibinin Kıprıs üzrə xüsusi nümayəndəsi Aleksandr Douner qeyd edib ki, 30 ildir davam edən Kipr probleminin nizama salınmasına dair danışıqlar may ayının son həftəsi yenidən bərpa olunacaq. Douner danışıqıların mayın 26-da başlayacağını deyib.
Xatırladaq ki, millətçi Dərviş Əroğlu keçən ay ŞKTC-nın yeni prezidenti seçilib. O, BMT-nin sponsorluğu ilə keçirilən yunan Kiprinin prezidenti Dmitris Xristifiasla danışıqları davam etdirəcəyini bildirib.