|
Azərbaycanı bu tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun rəhbərliyi ilə geniş nümayəndə heyəti təmsil edir.
Konfransı Azərbaycan-İsrail Beynəxalq Assosiasiyasının rəhbəri İosif Şaqal açıb, tədbirin əhəmiyyətindən danışıb, onun iştirakçı dövlətlərin mətbu orqanları arasında əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib.
İsrailin Baş nazir dəftərxanası yanında əlaqələr üzrə büronun rəhbəri xanım Naomi Ben-Ami tədbirin əhəmiyyətindən danışıb.
Konfransda Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək Azərbaycanda həyata keçirilən islahatlar, İsrail-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri, əlaqəklərin inkişafında dövlətlərimizin başçılarının rolu, Dağlıq Qarabağ münaqişəsi, İsrai-Azərbaycan arasında əlaqələrin genişlənməsində və möhkəmlənməsində diasporun rolu və digər məsələlər barədə ətraflı məlumat verib.
Daha sonra çıxış edən Knessetin deputatı, “İsrail bizim evimizdir” partiyasının parlamentdəki fraksiyasının rəhbəri Robert İlatov Azərbaycan və İsrail dövlətləri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib, ölkəsinin Azərbaycanla əlaqələrin hərtərəfli olduğunu maraqlı olduğunu vurğulayıb. R.İlatov regionda mövcud olan problemlərin həllində KİV-in rolunu qeyd edib, bu baxımdan konfransın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə təşkil olunmuş tədbirin məqsədi dövlət rəsmlərinin, regiondakı prosesləri dərindən bilən politoloqların və mütəxəssislərin, habelə Azərbaycan, İsrail, ABŞ, Rusiyada fəaliyyət göstərən rusdilli kütləvi informasiya vasitələri rəhbərlərinin iştirakı ilə medianın münaqişələrin həllində roluna dair müzakirələr aparmaqdır. Konfransda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Yaxın Şərqdəki vəziyyət və digər münaqişələr müzakirə ediləcək, Azərbaycan və İsrail KİV-ləri arasında əməkdaşlığın müasir durumu və inkişaf perspektivləri, Azərbaycan və Israil dövlətləri arasında münasibətlərin regionda sülhün və təhlükəsizliyin təmin olunmasında rolu, Azərbaycanda dini və etnik tolerantlıq Azərbaycan və yəhudi xalqları arasında dostluq və tərəfdaşlığın inkişafının mühüm amili kimi və digər mövzularda məruzələr dinləniləcək. Konfrans iki gün davam edəcək.
Bundan başqa, Azərbaycan nümayəndə heyəti Hadera şəhərində Heydər Əliyevin adını daşıyan xiyabanın açılışında iştirak edəcək.
Modern.az