Modern.az

Adamyeyən adamların məhkəməsi olub

Adamyeyən adamların məhkəməsi olub

6 May 2010, 00:20

Sankt-Peterburq Məhkəməsi adamyeyənlər barədə hökm çıxarıb. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, məhkəmənin qərarına uyğun olaraq Yuri Mojnov 18 ilMaksim Qlavatski 19 il iş alıb. Dövlət ittihamçısı isə Mojnov üçün 20 il, Qlavatski üçün isə 22 il iş tələb edibMəhkəmə mülki vəsatəti təmin edib, adamyeyənlər bir milyon rubl təzminat ödəməlidir.     

20 yaşlı Mojnov və Qlavatski qətldə və oğurluqda ittiham olunurlar. Məhkəmə müəyyən edib ki, Mojnov və Qlavatski 2009-cu ildə sərxoş vəziyyətdə Karina Buduçuyanın mənizilinə soxularaq  öldürmək məqsədilə onu vannada boğublar. Sonra isə onu bədən hissələrinə ayırıraq yeyiblər. Qurbanın qalıqlarını isə Moskva rayonu ərazisinə atıblar. Məhkəmədə adamyeyənlər baş verənləri belə izah ediblər: sadəcə yemək istəyiblər.

“İzvestiya” qəzetinin yazdığına görə, adı çəkilənlər prosesdə törətdikləri cinayəti özlərini “qotlar” adlandıran  gənclər hərəkatı üzvlərinin əməl etdiyi ənənə ilə izah ediblər. Onlar özlərini tərətdikləri cinayətə görə günahsız hesab edirlər. Qlavatski son söz deməkdən imitina edib, məlumata görə, o yediyi qurbanın sevgilisi olub. Mojnov isə son sözündə özünün müsbət, xoşniyyət adam olduğunu deyərək cəzasının azaldılmasını xahiş edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi