Modern.az

Azərbaycan Ərzurumda konsulluq açacaq

Azərbaycan Ərzurumda konsulluq açacaq

6 May 2010, 00:34

Azərbaycanın Türkiyənin Ərzurum vilayətində konsulluğu olacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu barədə Azərbaycanın İstanbula yeni təyin olunan baş konsulu Həsən Zeynalov bəyan edib. Müstəqil Sənayeçilər və İş Adamları Dərnəyinin Ərzurum şöbəsinin başçısı Mustafa Güvənli ilə görüşündə Zeynalov yaxın vaxtlarda Ərzurumda Azərbaycanın konsulluğunun fəaliyyətə başlayacağını deyib. “Qardaş iki ölkə arasında ticari, sosial və mədəni işbirliyinin  gücləndirilməsi tərəfdarıyıq. Bunun üçün Azərbaycanın Türkiyəyə tətbiq etdiyi viza rejiminin aradan qaldırılmas ən böyük arzumuzdur”,-deyə Güvənli bildirib.
Həsən Zeynalov ərzurumlu iş adamlarını investisiya qoymaq üçün Azərbaycana dəvət edib. Öz növbəsində  Həzən Zeynalov “Ərzurumda konsulluğun açılması ilə iki ölkə arasında diplomatik, sosial-ticari əlaqələrin daha güclənməsini istəyirik”deyib.

 

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi