Modern.az

Medvedev Türkiyədə Qarabağ problemini müzakirə edəcək

Medvedev Türkiyədə Qarabağ problemini müzakirə edəcək

6 May 2010, 00:45

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması problemi Rusiya prezidenti Dmitri Medvedevin Türkiyəyə səfərinin mövzularından biri olacaq. Modern.az xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.

“Bildiyiniz kimi, biz Qafqazda sabitliklə bağlı çox vacib və intensiv dialoq aparırıq, buna görə də danışıqların gündəliyi çox dolğun olacaq və düşünürəm ki, orada Rusiyanın vasitəçi kimi həllində fəal iştirak etdiyi Qarabağ məsələsinə də toxunulacaq”, - deyə səfir bu gün jurnalistlərə bildirib.

O, 2012-ci ildə icarə müddəti başa çatan Qəbələ RLS-in icarə müddətinin uzadılması mümkünlüyünə toxunaraq ümidvar olduğunu bildirib ki, o vaxtadək tərəflər qarşılıqlı münasib qərara gələcəklər. “Hər şeyi ətraflı düşünmək və həm Rusiyanın, həm də Azərbaycanın və əminəm ki, bütün regionun təhlükəsizliyi maraqlarına cavab verən hər hansı qərara gəlmək üçün hələ vaxtımız var”, - deyə V.Doroxin qeyd edib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi