Modern.az

Böyük Britaniyada ümumi seçkilər başlayıb

 Böyük Britaniyada ümumi seçkilər  başlayıb

6 May 2010, 09:38

Bu gün Böyük Britaniyada ümumi seçkilər başlayıb. Modern.az BBC-yə istinadən xəbər verir ki, 4 mindən artıq namizəd parlamentin aşağı palatasında 650 yer  uğrunda mübarizə aparır. Mübarizə ölkənin 3 əsas partiyası Leyboristlər, Mühafizəkarlar və Liberal Demokratlar arasında gedir. Adı çəkilən partiyaların liderləri – Qordon Braun, Devid Kemeron və Hik Klkk  dünən axşama qədər seçkiönü təbliğatların davam etdiriblər.  Siyasi liderlər son saatlaradək tərəddüd edənləri öz tərəflərinə çəkməyə çalışıblar.  İlk dəfə olaraq üç lider bir-neçə teledebatda üz-üzə gəliblər. Nəticədə seçkilərdə bir qayda olaraq üçüncü yerdə gələn Liberal-Demokrat Partiyasının nüfuzu xeyli yüksəlib. Təhlilçilərə görə, seçkilər mühafizəkarların üstünlüyü ilə başa çatacaq.    

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi