Böyük Vətən Müharibəsinin 65 illiyi ilə əlaqədar olaraq Gənclər və İdman Nazirliyi tərəfindən mayən 7-də “Böyük Vətən Müharibəsi” mövzusunda breyn-rinq intelektual oyunu üzrə yarış keçiriləcək. Bu barədə Modern.az-a Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Yarışa 8 ali məktəbin tələbələri qatılacaq. 1. Azərbaycan Dövlət Neft Akademiyasının “Maqnat” komandası 2. “Xəzər” Universitetinin “Atəşgah” komandası 3. Azərbaycan Dövlət İqtisad Universitetinin “İqtisadçı” komandası 4. Bakı Slavyan Universitetinin “Rekrut” komandası 5. Dövlət İdarəçilik Akademiyasının “Abşeron” komandası 6. Azərbaycan Memarlıq və İnşaat Universitetinin “Gənc Mühəndislər” komandası 7. Azərbaycan Texniki Universitetinin “Texnokrat” komandası 8. Azərbaycan Dillər Universitetinin “Poliqlot” komandası Tədbir Prezidentin 2009-cu il 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “1941-1945-ci illər müharibəsində Qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə Milli Proqram” əsasında keçirilir. Tədbir 7 may saat 11.00-da “Hyatt” Otelinin Quba zalında baş tutacaq. Modern.az