Modern.az

Co Bayden:"İran ciddi seçim qarşısındadır"

Co Bayden:"İran ciddi seçim qarşısındadır"

Təhsil

7 May 2010, 09:38

st1:*{behavior:url(#ieooui) }

ABŞ-ın vitse-prezidenti Co Baydenin sözlərinə görə,  İran nüvə proqramına görə “ciddi seçim” qarşısındadır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Bayden deyib ki, Tehran ya beynəlxalq qanunlara əməl edərək, məsuliyyətli ölkələr sırasına qoşulmalıdır, ya da bunu etmədiyi üçün daha ciddi nəticələrlə qarşılaşıb təcrid olmağa davam edəcək.

Vitse-prezident Bayden bu açıqlamaları Belçikada Avropa parlamenti qarşısında çıxışı zamanı verib. O həmçinin qeyd edib ki, İranın nüvə proqramı Nüvə Silahlarının Yayılmamasına dair müqavilənin pozulması deməkdir və Yaxın Şərqdə silah yarışına gətirib çıxara bilər.

Beynəlxalq Atom enerjisi agentliyinin başçısı Yukia Amato isə deyib ki, İran nüvə proqramı ilə bağlı şübhələrə aydınlıq gətirməlidir. Onun sözlərinə görə, agentlik Tehranın nüvə silahları inkişaf etdirməyə çalışdığına dair narahatlıqları kənara ata bilmir.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi