Modern.az

Qrant müsabiqəsinə 112 layihə təklifi daxil olub

Qrant müsabiqəsinə 112 layihə təklifi daxil olub

Təhsil

19 Avqust 2024, 20:30

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu yekunlaşıb.

 

Elm və Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, müsabiqəyə ümumilikdə 112 layihə təklifi daxil olub. Hazırda layihələrin ekspertiza və qiymətləndirilməsi prosesi həyata keçirilir.

 

Qrant müsabiqəsinin gedişatı ilə bağlı məlumatlar Elm və Təhsil Nazirliyinin internet resursları vasitəsilə yayımlanacaq.

 

“Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsinin prioritet mövzuları “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində təhsilə ictimai dəstək, Qərbi Azərbaycana qayıdışla bağlı maarifləndirmə, türk dövlətlərinin təhsil ictimaiyyəti arasında inteqrasiyanın gücləndirilməsi, təhsil müəssisələrində yaşıl dünyanın təşviqi, uşaqların təhsil və təhlükəsizlik hüquqlarının təmin edilməsinə dəstək, peşə təhsilinin təşviqi, elm və təhsil islahatları ilə bağlı ictimaiyyətin maarifləndirilməsi olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə