Modern.az

Kür bəndləri yarıb Sabirabada girdi, 3-4 kənd köçürülür

Kür bəndləri yarıb Sabirabada girdi, 3-4 kənd köçürülür

Təhsil

7 May 2010, 14:24

Elə bu saatlarda aldığımız məlumata görə, Kür çayı Sabirabad ərazisində bəndi yararaq rayon mərkəzinə doğru istiqamətlənib. Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Yaqub Heydərov Modern.az saytına bildirib ki, artıq 3-4 kəndin əhalisini təcili köçürməyə başlayıblar. O, əhalinin malı-mülkünün suyun altında qaldığını vurğulayıb.

Yaqub Heydərov deyib ki, suyun qarşısının alınması çətinləşib. O, baş nazirin müavini Abid Şərifovun, Fövqəladə Hallar Nazirliyi rəsmilərinin hazırda Sabirabadda olduğunu deyib.


Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi