Modern.az

Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi

Baş nazir daha 5 universitetlə bağlı yeni qərar verdi

10 Sentyabr 2024, 17:50

Azərbaycanda daha beş ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

 

Qərarlarla Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

 

Həmin ali təhsil müəssisələrinin nizamnamələri də təsdiqlənib.

 

Qeyd edək ki, bu gün səhər Baş nazir 4 universitetlə bağlı yeni qərarlar verib. 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə