Modern.az

Almaniyada 5 türk parlamentə girdi

Almaniyada 5 türk parlamentə girdi

Təhsil

10 May 2010, 12:11

Almaniyanın Şimali Reyn-Vestfaliya  vilayətində keçirilən seçkilərdə 5 türk millət vəkili oldu. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Yaşıllar Partiyasının siyahısında 22 -ci olan Arif Ünal, Sol Partiyadan namizədliyi irəli sürülən Əli Atalan,  eyni partiyanın digər üzvü Özləm Alev Dəmirəl  millət vəkili seçiliblər. Sosial Demokrat Partiyasından (SPD)  namizədliyi irəli sürülmüş Sərdar Yüksəl və Vesel şəhərindən olan namizəd  İbraham Yetim də deputat seçiliblər.

     

Yüksəl ən yaxın rəqibindən 12 min,  Yetim isə ən yaxın rəqibindən 7500 artıq səs toplayaraq parlamentə daxil olub. Sərdar Yüksəl millət vəkili seçilməsinə çox sevindiyini və parlamentdə miqrantların hüqüqlarını daha yaxşı təmsil etmək istədiyini deyib.

Məlumata görə, 60 ildən sonra ilk dəfə olaraq türk əsilli Almaniya vətəndaşları millət vəkili seçilməyi bacarıblar. 

 

Qeyd edək ki,  indiki federal kansler Angela Merkelin rəhbərlik etdiyi hakim koalisiya seçkidə məğlub olub. Bu isə alman parlamentinin yuxarı palatasında hakim koalisiyasının dağılması və çoxluğun itirilməsi deməkdir. Belə olan halda hakim düşərgə müxalifət cəbhəsindən özünə tərəfdar cəlb etməli olacaq.  

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi