Modern.az

“Moskva Qarabağ nizamlanmasında daha fəal rol oynaya bilər”

“Moskva Qarabağ nizamlanmasında daha fəal rol oynaya bilər”

Təhsil

10 May 2010, 16:29

Türkiyənin Moskvadakı səlahiyyətli səfiri Xəlil Axıncı hesab edir ki, Moskva Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha fəal rol oynaya bilər. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, diplomat bu barədə Rusiya prezidenti  Dmitri Medvedevin Ankaraya səfərini “İnterfaks” agentliyinə şərh edərkən bildirib. Diplomat qeyd edib ki, Moskva Türkiyə – Ermənisan münasibətlərinin nizamlanmasında da mühüm rol oynaya bilər.

 

“Biz inanırıq ki, Rusiya  regional oyunçu kimi Qarabağ münaqişəsinin həllinə öz töhfəsini verə bilər. Çünki ATƏT-in Minsk qrupu həmsədrlərindən yalnız Rusiya region ölkəsidir”,-deyə səfir bildirib. Onun sözlərinə görə, Rusiyanın bu problemin həllində iştrakı daha fəal ola bilər. Səfir bu məsələnin Medvedevin Ankara səfərində müzakirə olunacağını deyib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi