Modern.az

Ərdoğan MİT və nazirliklərə “Baykal” təlimatı verdi

Ərdoğan MİT və nazirliklərə “Baykal” təlimatı verdi

10 May 2010, 17:50

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan CHP lideri Dəniz Baykala aid olduğu iddia edilən gizli kamera materialları ilə bağlı müvafiq qurumlara araşdırma aparılması barədə göstəriş verib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, Ərdoğan daxili işlər naziri Bəşir Atalaya, ədliyyə naziri Sadullah Ərginə və ulaşdırma naziri Binəli Yıldırıma ölkəni bir-birinə vuran kaset qalmaqalı barədə bütün məlumatları, soruşdurma çərçivəsində əldə ediləcək bütün bilgilərin birbaşa CHP-yə təqdim olunması barədə göstəriş verib. “Hürriyyət” qəzetində yer alan daha bir xəbərə görə isə Ərdoğan Milli İstihabarat Təşkilatına (MİT) olayın kim və ya kimlər tərəfindən təşkil olunmasının araşdırılması təlimatını verib.    Ərdoğan araşdırmalar gedişindəə əldə oluna biləcək bütün kəşfiyyat bilgilərinin və kassetlə bağlı texniki məlumatların mətbuata sızdırılmadan CHP-yə, lazım gələrsə, birbaşa Baykala təqdim olunmasını tapşırıb. Bu arada Baykal barədə ikinci bir “Varan 2 gəlir” şəklindəki xəbərləri şəxsən Ərdoğan tərəfindən mətbuata sızdırılmasının qarşısı alınıb. Baş nazir ayrıca olaraq AKP kuluarlarında bu həssas məsələnin gündəmə gətirilməsini qadağan edib.    

İstanbul Baş Prokurorluğu “şəxsi həyata dair sirrin pozulması”, “şəxsi təhqir”,   “şəxsi məlumatların şəklinin çəkilməsi” maddələri üzrə təhqiqata başlayıb.

 

Kaset materilalarını “düzməcə” adlandıran Baykal  İnternethaber.com-a verdiyi açıqlamada qalmaqlalı materialların gündəmə gəlməsinin təsadüfü olmadığını deyib. Onun sözlərinə görə, CHP son dövrlər inanclı kəsimlərə əl uzadıb. Belə bir durumda kasetin gündəmə çıxmasını təsadüfü hal saymayan Baykal qeyd edib ki,  bir qədər əvvəl  Diyanət İşlər Nazirliyinin təşkil etdiyi “Kutlu Doğum” tədbirinə qatılaraq çıxış edib. “Oradakı çıxışımın insanlarımız tərəfindən təqdirlə qarşılanması bəzi çevrələri ürküdüb”,-deyə Baykal bildirib. Baykala görə,  kaset qalmaqalında amac inanclı kəsimləri CHP-dən soyutmaqdır. Baykal  istefa verməyi isə düşünmür. “O əxlaqsızların da istədiyi zatən mənim istefam deyilmi? İstefa verərək onların istəklərini yerinə yetirməyimi gözləyənlər varsa, boş yerə ümidlənməsinlər. O cür əxlaqsız iftiralardan qorxub yolumuzdan dönəsi deyilik”,- deyə Baykal bildirib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi