Modern.az

Bu “nəhənglər”dən biri “Qalatasaray”ın rəqibi olacaq

Bu “nəhənglər”dən biri “Qalatasaray”ın rəqibi olacaq

Təhsil

12 Dekabr 2013, 15:36

Çempionlar Liqasında “Qalatasaray”ı 7 qrupun birincilərindən biri gözləyir. Bunların içində son çempion “Bavariya”nın da adı var.

Xatırladaq ki, “Cim-Bom” B qrupunun  son qarşılaşmasında italyan rəqibi “Yuventus”u məğlub edərək, növbəti turda rəqibini gözləyir.

Topladığı 7 xalla qrupun ikincisi olan “Qalatasaray” növbəti turda digər qrupların birincilər ilə qarşılaşacaq. İlk oyunlarda lider kimi tamamlayan klublar arasında İngiltərədən “Mançester Yunayted”, son çempion “Bavariya”, Fransa təmsilcisi “PSJ” və Arda Turanlı “Atletiko Madrid” yer alır.

Dünən oynanılan qarşılaşmalardan sonra bəlli olan E qrupunda “Çelsi”, F qrupunda “Borussiya D” və H qrupunda olan “Barselona” klubları “Qalatasaray”ın rəqibləri ola bilər.

Qeyd edək ki, “Qalatasaray”ın Çempionlar liqasındakı rəqibinin adı 16 dekabr tarixində bəlli olacaq. İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.


Rafiq Qənbərov
 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?