Modern.az

CHP başkanı kim olacaq: 2 ehtimal

CHP başkanı kim olacaq: 2 ehtimal

Təhsil

11 May 2010, 12:06

Dəniz Baykalın istefasından  sonra ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP)  yeni başkanı kim olacaq. Modern.az türk mətbuatına istinadən xəbər verir ki, bu suala CHP-nin  mayın 22-23-də keçirilcək qurultayında cavab vermək mümkün olacaq. CHP kuluarlarında isə  genel başkan seçkisi ilə əlaqədar 2 ehtimal söylənilir.

 

1-ci ehtimala görə, Dəniz Baykal qurultayda yenidən başkan seçiləcək.  CHP rəsmisi Mustafa Özyürək Baykalın qurultayda iştirak etməyəcəyini bildirib.  Lakin Özyürəyə görə, əgər Baykal yenidən partiyanın rəhbəri postuna namizədliyini qoyarsa, onun növbəti dəfə CHP başkanı seçilmək şansı var.  Əgər Baykal namizədliyini  qoymazsa, onda qurultaya qədər başkan postuna namizədliyini irəli sürənlərin adları məlum olacaq.  Özyürəyə görə, qurultaya qədər namizədliyini  irəli sürməyənlər başkan seçilə bilməzlər. CHP kuluarlarında dolaşan məlumata görə, Dəniz Baykal namizədliyini irəli  sürməyəcək. Onun bu posta layiq görəcəyi  namizədin adı isə qurultaya qədər bəlli olacaq. Baykal öz müavinlərinə “verəcəyiniz hər görəvə hazıram” deyib. Bu isə o deməkdir ki, Baykal növbəti dəfə namizədliyini irəli sürə və başkan postunu əlində saxlaya bilər.

 

2-ci ehtimala görə isə Baykalın yerinə CHP qrup başkan vəkili Kamal Kılıcdaroğlu keçə bilər. CHP başkan postuna ən real namizəd kimi ilk növbədə ağıllara Kılıcdaroğlunun adı gəlir. Məlumdur ki, Kılıcdaroğlu CHP-nin İstanbuldan olan səslərinin 36 faizini qazanaraq  millət vəkili seçilib. O, bu posta ən şanslı namizəd  hesab olunur. CHP sıralarında ən populyar, ən intizamlı olmasına rəğmən Kılıcdaroğlunun Dəniz Baykalla münasibətlərində heç vaxt sərinlik olmayıb. Onun namizədliyini CHP-nin üst qanadı da dəstəkləyir. CHP genel başkan postuna Bahçaşəhər Universitetinin hüquq fakultəsinin dekanı Süheyl Batumun da adı çəkilir. Elektoratdan  dəstək alan daha bir isim isə Mustafa Sarığüldür.  Ancaq partiyadan xaric edilən və adı “Baykala sui-qəsd” olayında keçən Sarıgülün şansları yüksək qiymətləndirilmir.

 

Son məlumata görə, Kamal  Kılıcdaroğlu genel başkan postuna namizədliyini verməyəcəyini qətiyyətlə bildirib. Belə olan halda bütün diqqət yenə də Dəniz Baykalın üzərində cəmləşir.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi