Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi ərazilərinə daşqın suları dolub. Modern.az-ı məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin verdiyi açıqlamada bildirlir.
"Gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılmış, qeyd olunan kəndlərin sakinləri təxliyyə olunmuşdur. Qeyd olunan ərazilərdə bəndbərkitmə işləri davam etdirilir"-deyə nazirlik bildirib.