Avropa Şurası Parlament Assambleyasının sədri Mövlut Çavuşoğlu mayın 12-də Ermənistana səfər edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin mətbuat xidmətinin bugünkü açıqlamasında bildirilir. Çavuşoğlunun səfəri işgüzar xarakter daşıyır. Məlumata görə, AŞPA sədri elə həmin gün prezident Serj Sərkisyanla görüşücək. Bir gün sonra isə Çavuşoğlunun parlamentin sədri Ovik Abramyanla görüşü nəzərdə tutulub. Səfər çərçivəsində Çavuşoğlu xarici işlər naziri Edvard Nalbandyan, parlamentin dövlət hüquq siyasəti komitəsinin sədri Davit Arutunyan, ombudsman Armen Arutunyan və eləcə də Ermənistan televiziya və radia milli komitəsinin sədri ilə görüşəcək.
Məlumata görə, Çavuşoğlu eyni zamanda müxalifət liderlərindən, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanla da bir araya gələcək. Ter-Petrosyanın lideri olduğu Erməni Milli Konqresi Çavuşoğlu ilə görüşün keçirilməsini artıq təsdiqləyib.