Modern.az

DİN: "Şəmkirdə sərxoş vətəndaş yol polisini öldürüb"

DİN: "Şəmkirdə sərxoş vətəndaş yol polisini öldürüb"

Təhsil

11 May 2010, 14:24

Daxili İşlər Nazirliyi

Şəmkir rayonunun Seyidlər kənd sakini Elşən Kazımovun münaqişə zəminində polis serjantı Mehman Məmmədovu daşla qətlə yetirməsi barədə məlumat yayıb.

Modern.az xəbər verir ki, DİN-in məlumatında bildirilib: "Mayın 11-də saat 02.45 radələrində DİN BDYPİ-nin  Şəmkir rayonu ərazisindəki daimi postunda rayonun Seyidlər kənd sakini Elşən Kazımov tərəfindən idarə edilən "VAZ-2106" markalı avtomaşın nəzarət qaydasında saxlanılmışdır. Aparılmış araşdırmalar zamanı avtomaşının sənədsiz idarə edilməsi, habelə sürücünün sərxoş halda olması şübhə doğurduğundan E.Kazımov avtomaşından düşürdülmüş və sərxoşluq dərəcəsi müəyyən edilməsi üçün DİN BDYPİ YPX-nin əməkdaşı, polis serjantı Mehman Məmmədov tərəfindən xidməti "BMW" markalı avtomaşına oturdulub Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılarkən, Muxtariyyat kəndi ərazisində E.Kazımovla polis əməkdaşı arasında münaqişə baş verdiyindən avtomaşın saxlanılmış, bu zaman E.Kazımov  düşərək qaçmışdır. E.Kazımov polis əməkdaşı tərəfindən tutularkən daşla onu qətlə yetirib, hadisə yerindən xidməti avtomaşında qaçmış və Seyidlər kəndi yaxınlığında düşərək getmişdir. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Kazımov tutulmuş və onun orta dərəcəli sərxoş halda olması müəyyən edilmişdir". Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi