Modern.az

Mayın 15-də Beynəlxalq Ailə günü qeyd ediləcək

Mayın 15-də Beynəlxalq Ailə günü qeyd ediləcək

Təhsil

11 May 2010, 16:20

15 mayda Beynəlxalq Ailə günü qeyd ediləcək. Bu il Beynəlxalq Ailə gününün qeyd edilməsi dünyanın hər yerində miqrasiyanın ailələrə göstərdiyi təsir həsr edilir. Miqrasiyaya təkan verən amillərə toxunaraq BMT Baş katibi bu ilki müraciətində bildirib ki, artan sosial və iqtisadi bərabərsizlik insanları daha yaxşı imkanlar axtarışında öz evlərini tərk etməyə vadar edir. “Yoxsulluq, işsizlik, siyasi və silahlı münaqişələr yaxud insan hüquqlarının pozulması nəticəsində bir çox insanlar miqrasiya etmək məcburiyyətində qalırlar. Miqrantlar onları qəbul edən ölkənin nəyinki iqtisadiyyatına fayda verir eyni zamanda, oranın sosial və mədəni həyatını zənginləşdirirlər”. Baş katib öz müraciətində həmçinin miqrantların verə biləcəyi töhfələrdən də bəhs edir.

“Miqrantları qəbul edən ölkələrdə qadın və kişilər daha çox pul qazana və qazandıqları pulu vətənlərindəki ailələrinə göndərə bilirlər. Miqrantlar onları qəbul edən ölkənin nəyinki iqtisadiyyatına fayda verir eyni zamanda, oranın sosial və mədəni həyatını zənginləşdirirlər. Qadın miqrant işçilər azadlıq və sərbəstlik əldə edir və bununla da bir çoxları üçün müsbət nümunəyə çevirirlər”. Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi