Modern.az

İranda jurnalist 74 şallaq zərbəsi alıb

İranda jurnalist 74 şallaq zərbəsi alıb

Təhsil

11 May 2010, 18:53

İran məhkəməsi Newsweek jurnalının müxbiri Mazyiar Bahari barədə 13 il qiyabi  həbs cəzası kəsdi. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə  The New York Times məlumat yayıb. Məlumata görə, 2009-cu ildə əkskəşfiyyat fəaliyyətində ittiham olunaraq həbs olunan, lakin sonradan Londona gedə bilən jurnalist 74 şallaq zərbəsi də alıb. 42 yaşlı jurnalist dövlət sirrinin yayılmasında, milli təhlükəsizlik üçün təhlükəli fəaliyyətlərdə, eləcə də dini lider Ali Xameneyi  və prezident Mahmud Əhmədinejatı təhqir etməkdə ittiham olunub.  Jurnalist 10 gün ərzində məhkəmənin qəraqından şikayət verə bilər.

 

Jurnalist Əhmədinejadın prezident seçilməsindən sonra həbs olunub. Prezident seçkilərinin gedişini  Newsweek jurnalında işıqlandıran jurnalist hökumət əleyhinə təbliğat aparmaqda və casusluqda ittiham olunub və 118 gün həbsdə olub. 2009-cu ilin oktyabrında məhkəmə jurnalistin xanımının hamiləliyin sonuncu ayında olmasını nəzərə alıb və 300 min dollar girov qarşılığında Baharini azad edib. Azad olunan jurnalist Londona gedərək  onun yolunu gözləyən xanımı və yenicə doğulmuş qızına qovuşub.

 

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi