Modern.az

Devid Kemeron Böyük Britaniyanın yeni baş naziri oldu

Devid Kemeron Böyük Britaniyanın yeni baş naziri oldu

12 May 2010, 09:29

Son ümumxalq seçkilərində qələbə qazanmış  Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Devid Kemeron ölkənin yeni baş naziri olub. Modern.az BBC-yə istinadən xəbər verir ki, indiki baş nazir Qordon Braun istefa verib. Baş nazirin müavini isə Liberal - Demokrat Partiyasının lideri Nik Kleqq təyin olunub. Kemeron məhz liberal demokratların lideri ilə koalisiyon danışıqlardan sonra baş nazir postuna yiyələnib. 42 yaşlı Kemeron Bukinqem sarayına gedərək kraliça 2-ci Yelizaveta ilə görüşərək Nazirlər Kabinetinin tərkibinin təşkili üzrə formal icazəni alıb.   O, sabiq baş nazir Toni Bleyerdən sonra Böyük Britaniyanın ən cavan hökumət başçısıdır. Xatırladaq ki, Toni Bleyer 1977-ci ildə 44 yaşında ikən baş nazir seçilib.

Beləliklə də Böyük Britaniyada 14 illik fasilədən sonra ilk dəfə olaraq  mühafizəkarların lideri ölkənin yeni  baş naziri olub.

Tərəfdarları qarşısında çıxış edən Kemeron bəyan edib ki,  ölkəsinin “güclü” və “qətiyyətli” bir hökumətə ehtiyacı var.

Qordon Braun isə siyasəti tərk etmir. O, parlamentin üzvü kimi fəaliyyətini davam etdirəcək.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi