Modern.az

Saatlının deputatı: "Sarısu gölü dolub, daha böyük fəlakət baş verə bilər"

Saatlının deputatı: "Sarısu gölü dolub, daha böyük fəlakət baş verə bilər"

12 May 2010, 15:30

st1:*{behavior:url(#ieooui) }

Kür çayı sahilində baş verən daşqın və sel fəlakəti daha da geniş miqyas almağa başlayıb. Parlament  Jurnalistlər Birliyinin təşəbbüsü ilə daşqından əziyyət çəkən zonaya  gedən KİV nümayəndələri Sabirabadın Şıxlar kəndində də olublar. Modern.az-ın əməkdaşı xəbər verir ki, Şıxlara dolan daşqın suları bəzi evlərin az qala damına çatır. Fəlakət zonasında olan jurnalistlər Saatlı rayonunun deputatı Gülhüseyn Əhmədovla da söhbətləşiblər. Deputat Saatlı ərazisində də acınacaqlı vəziyyətin yarandığını vurğulayıb. O, xüsusilə Sarısu gölü ilə bağlı həyəcan təbili çalıb. G.Əhmədov deyib ki, Kür çayının sahili boyunca şimal-qərbdən cənub-şərqə doğru 22 km uzanan Sarısu dolub, aşıb-daşır. Deputatın sözlərinə görə, Kür çayına axını olan bu gölün ətrafındakı bəndlərin də uçmaq təhlükəsi var: “Əgər Sarısu bəndləri yarsa, daha böyük fəlakət olacaq, Saatlı bütünlüklə su altında qalacaq”. G. Əhmədovun sözlərinə görə, hazırda Saatlı sakinləri Sarısu atrafındakı bəndləri möhkəmlətmə işlərinə səfərbər olunub. Deputat onu da bildirib ki, onun müşahidələrinə görə, indilərdə Araz çayında da suyun səviyyəsinin artması müşahidə olunur.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi