Mayın 12-də Serbiya Respublikasının prezidenti Boris Tadiç Azərbaycana rəsmi səfərə gəlib.
AzərTAc-ın məlumatına görə, Serbiya dövlətinin başçısını baş nazirin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar. Hava limanının ali qonaqlar üçün salonunda Boris Tadiç və Yaqub Eyyubov arasında qısa protokol görüşü olub.