Dubayın ilk qənaətcil hava yolları olan “flydubai” şirkəti və Dubayın Naturalizasiya və Daimi Yaşayış Departamenti (DNDYD) səyahətçlərin asan və sürətli şəkildə email və mobil telefon vasitəsilə viza almasını mümkün edən xidmətə başladığını elan edib.
Şirkətdən Modern.az-a verilən məlumata görə, yeni xidmət vizanın alınması prosesindəki çətinlikləri aradan qaldıracaq və “flydubai” şirkəti sınaq müddəti daşıyacaq üç ay ərzində ilk tərəfdaş olacaq. “flydubai” şirkəti sərnişinlər üçün pulsuz M-viza təklif edəcək. Sınaq müddəti Mayın 19-da başlayacaq.
DNDYD-nin Baş Direktoru, general Məhəmməd Əhməd Əl Marri qeyd edib: “flydubai” şirkəti ilə birlikdə elektron viza xidmətlərinə başlanılması viza prosesinin ictimaiyyət üçün mümkün qədər asanlaşdırılmasına dair verdiyimiz öhdəliyə sadiqliyimizi göstərir. Bu yeniliklər Dubayın Hökmdarı və Baş Naziri ,Zati-Aliləri Məhəmməd bin Rəşid Əl Maktumun sərəncamlarına uyğundur və DNDYD-nin ictimaiyyətə və cəmiyyətə xidmət göstərməsini asanlaşdırır”.
“Yeni xidmət insanlara transaksiları asan və sürətli şəkildə həyata keçirməyə imkan verəcək. Bu ölkədə və xaricdə olanlar üçün İnternet və mobil vasitələr kimi ən son texnologiyalardan istifadə etməklə viza almaq prosesini asanladıracaq. Vizalar hazır olduqda səayhətçiləri SMS ismarıclar və email vasitəsilə məlumatlandırmaq üçün M-vizadan istifadə ediləcək”- deyə Məhəmməd ƏHməd Əl Mərri qeyd edib.
“flydubai” şirkətinin Baş Direktoru Qeyt Əl Qeyt: “Biz Dubayda bu cür presendentsiz xidmətlər təklif etmək üçün DNDYD ilə birlikdə işləməyimizdən razıyıq. Viza prosesi uzun olmaqla yanaşı səyahət üçün əsl çətinlik yarada bilər. “flydubai” şirkəti və DNDYD bu tərəfdaşlığa başlamaqla viza prosesini daha asan, daha sürətli və daha etibarlı etməyə çalışırlar. Biz DNDYD tərəfindən tərəfdaş olaraq seçilməyimizdən çox razıyıq, belə ki, bu, bizim səyahətin daha asan, daha sressiz və daha ucuz edilməsi ilə bağlı verdiyimiz vədə uyğundur. Mən bu xidmətin bizim sərnişinlər arasında populyar olacağına əminəm”.
Viza almaq üçün müştərilər ya DNDYD-nin offislərindən birinə baş çəkə və ya www.dnrd.ae ünvanına daxil olaraq DNDYD-nin loqosu və elektron imzası olan ərizə formasını doldura bilərlər. Viza müştərilərə sms və ya email vasitəsilə çatdırılıcaq. Sərnişinlər Dubaya gəldikdə miqrasiya xidmətinin əməkdaşları vizanın bar kodunu səyahətçinin mobil telefonundan və ya çap edilmiş PDF-dən götürməklə həmin şəxsə orijinal viza forması verəcəklər.
Qeyd edək ki, mayın 11-də “flydubai” şirkəti Hindistanın ən sıx məskunlaşmış ştatı - Uttar-Pradeşin paytaxtı olan və şimal-şərqdə yerləşən Laknau şəhərinə uçuşlara başladığını da elan edib. Laknauya uçuşlar 2010-cu ilin 2 iyun tarixindən başlayaraq həftədə 3 dəfə həyata keçiriləcək. Bir istiqamətdə uçuş biletinin qiyməti 137 ABŞ dollarıdır. Qiymətə bütün vergilər və bir ədəd əl baqajı daxildir. Modern.az