
“Azərbaycanda ən geniş yayılmış anemiya dəmir defisitli anemiyadır”. Bunu Modern.az-a açıqlamasında həkim-terapevt Ülviyyə Nəsibova bildirib. “Dəmirin qanda mütləq çatışmazlığı həm lazımi qidanın yoxluğu, həm də həzm pozuntusu zamanı meydana çıxa bilər. Ödün yaxşı süzməməsi, mədəaltı vəzin şirəsinin azlığı, bağırsaqlarda sorulma prosesinin pozulması və s. kimi həzm pozulmaları dəmir çatışmazlığına gətirib çıxarır. Yeməklə birlikdə və ya həmən sonra maye, xüsusilə çay qəbul edilməsi düzgün deyil. Çünki sorulmada iştirak edəm lazımi fermentlər maye ilə tez yuyulur, onikibarmaq bağırsağa və aşağı bağısağa ötürülür. Nəticədə qida fermentsiz (şirəsiz) qalır. Bu səbədən də sorulma prosesi ləngiyir. Oksidləşmə,həzm prosesi normal başa çatmadığına görə aralıq məhsullar, köp, qaz əmələ gəlir”.
Ü. Nəsibovanın sözlərinə görə, anemiya zamanı təngnəfəslik, rəngin solması, ümumi yorğunluq, qulaqda küy, başgicəllənmə, ürəkbulanma, tərləmə, nəbzin aritmiyası,arterial təyiqin aşağı olması kimi xoşagəlməz hallar özünü biruzə verir.
“Anemiyaya qarşı mübarizə zamanı həzm sistemini normallaşdırmaq, kifayət qədər dəmir tərkibli qidalar qəbul etmək, bol meyvə-tərəvəz yemək lazımdır. Mütləq çatışmamazlıq zamanı isə dərman pereparatlarının qəbulu vacibdir. Xüsusilə hamilə qadınlarda dəmirə olan gündəlk tələbat artdığından hamiləlik zamanı dəmir pereparatları qəbul edilməlidir. Həmçinin dəmir tərkibli qidalara üstünlük verilməlidir. Qaraciyər, qırmızı ət, toyuq və balıq əti,yumurta, üzüm və bəkməz, quru paxlalılar, fındıq, fıstıq, quru ərik, kişmiş, quru tut kimi günəşdə qurudulmuş meyvə quruları,həmçinin alma,yaşıl yarpaqlı tərəvəzlər, ispanaq dəmirlə zəngindir. Lakin ispanaq qatıqla yeyildikdə dəmir ehtiyatı azalır. Bu səbəblə də, qatıqsız qəbul edilməsi məqsədəuyğundur”.
Gülşən Raufqızı