Modern.az

ARDNŞ-nin yeni vitse-prezidentləri (fotolar)

ARDNŞ-nin yeni vitse-prezidentləri (fotolar)

Təhsil

14 May 2010, 20:56

Mayın 14-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətində (ARDNŞ) yeni təyin olunmuş vitse-prezidentlərinin təqdim olunma mərasimi keçirilib. Modern.az-ın məlumatına görə, bu barədə ARDNŞ-nin mətbuat xidmətindən xəbər verilib.

Mərasimdə ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev deyib ki, Şirkət böyüyüb inkişaf etdikcə, onun strukturu daha da təkmilləşdirilir. Onun sözlərinə görə, Prezident İlham Əliyev ARDNŞ-nin idarəetmə strukturunda neftin, qazın hasilatı və nəqli üzrə vitse-prezident ştatının yaradılmasına qərar verib. Dövlət başçısının 12 may 2010-cu il tarixli Sərəncamı ilə bu vəzifəyə Rəhman Əlisgəndər oğlu Qurbanov təyin olunub.
Ölkə Prezidentinin eyni tarixli başqa bir sərəncamı ilə Soltan Tərlan oğlu Əliyev ARDNŞ-nin ekologiya üzrə vitse-prezidenti təyin edilib.
Rövnəq Abdullayev Rəhman Qurbanov və Soltan Əliyevin əmək fəaliyyətindən danışıb, onların ARDNŞ kollektivində böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduqlarını vurğulayıb.
Daha sonra Şirkətin yeni təyin olunmuş vitse-prezidentləri Rəhman Qurbanov və Soltan Əliyev layiq görüldükləri böyük etimada görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirib və bu etimadı əməli işləri ilə doğruldacaqlarını söyləyiblər.

 

 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi