Rusiyanın Çelyabinsk vilayətində soydaşımız 42 yaşlı Nurəddin Qəmbərov qətlə yetirilib. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, şəxsi maşını ilə sərnişin daşınması ilə məşğul olan həmvətənlimiz sərxoş şəxslərin hücumuna məruz qalıb. “Komsomolskava pravda” qəzetinin yazdığına görə, Qəmbərov 5 gün əvvəl gecəyarı qətlə yetirilib. Onun VAZ-2110 markalı maşınının nömrələri çıxarılıb. Qətlin üstünü qaynar xətt üzrə açmaq mümkün olub. Qatilin heç yerdə işləməyən 25 yaşlı Yevgeni Frolov olduğu bildirilir. Aqapovski rayon prokororluğnunun əməkdaşı bildirib ki, qatil öz dostu ilə “Oazis” kafesində içdikdən sonra Qəmbərovun maşınına miniblər, sonra mübahisə edib. Soydaşımıza arxadan 5 bıçaq zərbəsi endirilib. Avtomobildən çıxan Qəmbərov yarım kilometr qaça bilib. Doğmalarının verdiyi məlumata görə, Nurəddin çoxlu qan itirməkdən ölüb. Nurəddin xilas ola bilərmiş, lakin qatillər Nurəddinin mobil telefonunu da əlindən alıblar. Soydaşımızın xilas olmaq üçün heç bir şansı qalmayıb.
Nurəddini öldürdikdən sonra qatillərin onun maşını ilə şəhərin ətrafında dolaşıblar. Azgın cinayətkarlar çox keçməmiş milisin diqqətini cəlb edib. Dindirilmə zamanı onlar Nurəddini qətlə yerirdikləri yeri özləri göstəriblər.
Nurəddinin gənc həyan yoldaşı və 3 uşağı qalıb. “Öz praktikamda ilk dəfədir insanın heç bir motiv olmadan mübahisə əsasında öldürülməsinə rast gəlirəm”,-deyə prokuror Aleksey Miller bildirib.
Hazırda nəzarət altında olan cinayətkarı 15 il həbs cəzası gözləyir.