Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov bildirib ki, Kürdə suyun səviyyəsi onların istədiyi qədər enməyib: “Sadəcə olaraq, Kürün səviyyəsi görülən tədbirlərin nəticəsində idarə olunan vəziyyətə düşüb. Gürcüstanda və Ermənistanda yağışlar yağır. Böyük və Kiçik Qafqaz dağlarında böyük qar ehtiyatı var. Ümumiyyətlə, müşahidə olunan dövrlərdə bu aylar üçün uçota alınmayan dərəcədə böyük qar var. Bəzi yerlərdə qarın dərinliyi 2 metrə çatır. May aylarında havalar qızdıqca Kürün səviyyəsi yağışların deyil, yağan qarın hesabına qalxıb. Bu fenomenə biz hazır olmalıyıq, sayıqlığımızı itirməməliyik”. Günay Musayeva