Modern.az

Polis "Azadlıq" blokunun aksiyasını dağıdıb

Polis "Azadlıq" blokunun aksiyasını dağıdıb

Təhsil

15 May 2010, 16:44

Üç partiyanın təmsil olunduğu “Azadlıq” bloku demokratik seçkilər, sərbəst toplaşma azadlığının təmin edilməsi, seçki məcəlləsinə dəyişiklik edilməsi və Dağlıq Qarabağla bağlı aparılan danışıqlara aydınlıq gətirilməsi tələbi ilə bu gün “Nərimanov” kinoteatrının qarşısında icazəsiz mitinq keçirməyə cəhd göstərib.

Modern.az-ın məlumatına görə, aksiya başlamazdan xeyli öncə polis ərazini nəzarətə götürüb. Post-patrul xidmətinin, Çevik Polis Alayının xeyli sayda əməkdaşları insanların metronun yaxınlığında toplaşmasının qarşısını alıblar. Yaxınlıqdakı mağazalar, restoranlar bağlanılıb. Əraziyə polis əməkdaşları ilə dolu olan avtobuslar gətirilib. Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyev də hadisə yerindəki asayiş keşikçilərinə rəhbərlik edib.

Buna baxmayaraq bir qrup aksiya iştirakçısı «İstefa!», «Azadlıq!», «Azad seçki!» şüarları səsləndiriblər. Polis aksiyaya müdaxilə edərək şüar səsləndirənləri saxlayıb. Saxlanılanlar arasında AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı və Liberal Partiyasının sədr əvəzi Əvəz Temirxanın da olduğu bildirilir. Ümumilikdə 30-a yaxın müxalifətçinin saxlanılaraq Nərimanov rayon Polis İdarəsinə və 18, 19 saylı polis bölmələrinə aparıldığı qeyd olunur.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi