Modern.az

Azərbaycan çempionu məlum oldu

Azərbaycan çempionu məlum oldu

Təhsil

15 May 2010, 21:16

Mayın 15-də futbol üzrə Azərbaycan çempionu məlum olub. Unibank Premyer Liqasının son turunda əsas oyunlarından biri Lənkəranda keçirilib. "Bakı"nı qəbul edən "Xəzər Lənkəran"ın qalib gələrək çempion olacağı gözlənilirdi.
Lakin Lənkəran klubu öz meydanında 0:1 hesabı ilə məğlub olaraq azarkeşlərini şoka salıb. Əvəzində isə çempion adını “Qəbələ”ni öz meydanında böyük hesabla məğlub edən "İnter" qazanıb.
"Qarabağ" rəqib meydanında “Neftçi” ilə heç-heçə oynayıb.

“Neftçi” – “Qarabağ” - 0 : 0
“İnter” –  “Qəbələ”  - 4 : 1
“Xəzər-Lənkəran” – “Bakı” - 0 : 1

Beləliklə, Bakının “İnterklubu tarixində ikinci dəfə çempion adını qazanıb. “Bakı”, “Qarabağ” isə bürünc medala sahib olub. “Xəzər-Lənkəran” isə dördüncü yeri tutub.

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi