Modern.az

Robert Köçəryan dövlət çevrilişinə hazırlaşır

Robert Köçəryan dövlət çevrilişinə hazırlaşır

Təhsil

15 May 2010, 21:56

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan  dövlət çevrilişinə hazırlaşır. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, Köçəryan əlində olan bütün maliyyə və güc alətlərindən istifadə edərək hakimiyyəti ələ keçirməyə çalışır. Bu barədə Ermənistanda nəşr olunan “Çorord  İnknişxanutyun” qəzeti yazır.
Bir qədər əvvəl Robert Köçəryan yeni hökumətin siyahısını prezident Serj Sərkisyana  çatdırılması xahişi ilə hakim dairələrə təqdim edib. Köçəryanın planına görə, Sərkisyanın istefa üçün 2 variantı var. Birinci variantda ümumxalq seçkilərinin keçirilməsi yolu ilə hakimiyyətə parlamentin spikeri Ovik Abramyan gəlir. Robert Köçəryan növbəti seçkilərə qədər Serj Sərkisyana  hakimiyyət ömrü verir. Bir şərtlə ki, hökumətin tərkibi Köçəryanın təklif etdiyi plan əsasında dəyişdirilsin. Bu siyahıda Köçəryana sadiq adamlar yer alıb. Baş nazir postu təbii ki Robert Köçəryanın özünə qalır. Plana görə, müdafiə naziri Samvel Babayan olur, Tiqran Sərkisyan Mərkəzi Banka qayıdır. Köçəryan özünün bütün keçmiş komandasını bərpa edir. Onların arasında Vadan Oskanyan, Vardan Xaçatryan, Davit Arutunyan, Vardan Ayvazyan və digərləri var.     

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi